• Bakı 27° C

    5.13 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Makron bu səbəbdən Çini hədələdi

DÜNYA

07 Dekabr 2025 | 17:52

Makron bu səbəbdən Çini hədələdi

Pekin Avropa İttifaqı (Aİ) və Çin arasında ticarət kəsirini həll edə bilməsə, Avropa İttifaqı Çin mallarına gömrük rüsumları tətbiq etməyi nəzərdən keçirə bilər. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “Les Echos” qəzetinə müsahibəsində deyib.

“Mən onlara dedim ki, qarşılıq verməsələr, biz avropalılar yaxın aylarda sərt tədbirlər görməyə və ABŞ-dən nümunə götürərək, məsələn, Çin mallarına gömrük rüsumları tətbiq etməklə əməkdaşlığı kəsməyə məcbur olacağıq”, - Makron bildirib. 

Prezident deyib ki, o, artıq Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə belə tariflərin mümkünlüyünü müzakirə edib.

Eyni zamanda Makron bu məsələ ilə bağlı vahid Avropa cəbhəsinin formalaşdırılmasının çətin olacağını vurğulayıb. Çünki alman bizneslərinin Çində əhəmiyyətli olmasını nəzərə alaraq Almaniya buna qarşı çıxa bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Avqust 2026