İsrailin Baş naziri Benyamin Netanyahu dekabrda ABŞ prezidenti Donald Trampla görüşməyi planlaşdırdığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Netanyahu bunu Almaniya kansleri Fridrix Merzlə birgə mətbuat konfransı zamanı deyib.
"Hazırda sülh üçün imkanlar var və biz bunu reallaşdırmağa can atırıq. Mən bu ayın sonunda prezident Trampla görüşəndə bu məsələləri müzakirə etməyi planlaşdırıram", - Netanyahu qeyd edib.
O izah edib ki, Trampın Qəzza zolağı ilə bağlı sülh planının birinci mərhələsi hazırda tamamlanmaq üzrədir: "Biz ikinci mərhələyə yaxınlaşırıq. Vaxt qrafiki, hansı qüvvələrin cəlb ediləcəyi və beynəlxalq qüvvələrin Qəzzə sülh prosesinin ikinci mərhələsinə cəlb edilib-edilməyəcəyi ilə bağlı qanuni suallar var. Prezident Trampla məhz bunu müzakirə etmək niyyətindəyəm".
Bakı 



