Almaniya, bəzi avropalı tərəfdaşlarından fərqli olaraq, yaxın gələcəkdə Fələstin dövlətini tanımaq niyyətində deyil.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında bildirib.
Almaniya hökumətinin başçısı qeyd edib ki, ilk növbədə sülh planının mərhələli şəkildə həyata keçirilməsi vacibdir: "Nəticənin nə olacağını bu gün heç kim bilmir. Və vəziyyət belə olduğu üçün Almaniya hökuməti digər Avropa dövlətlərindən fərqli olaraq Fələstin dövlətini vaxtından əvvəl tanımaqdan imtina edib. Biz yaxın gələcəkdə bunu etməyəcəyik".
Onun fikrincə, Fələstin dövlətinin yaradılması üçün "şərtlər" hələ mövcud deyil.
Bakı 



