• Bakı 15° C

    4.1 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

"OpenAI" "ChatGPT" istifadəçilərinin intiharında ittiham olunur

DÜNYA

07 Noyabr 2025 | 20:48

OpenAI ChatGPT istifadəçilərinin intiharında ittiham olunur

"OpenAI" şirkətinə qarşı ABŞ və Kanadadan olan ailələr tərəfindən yeddi iddia qaldırılıb. Onlar botu insanları intihara təhrik etməkdə ittiham ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

Bildirilir ki, yetkinlik yaşına çatmayan yeniyetmə də daxil olmaqla, dörd nəfər intihar edib, daha üç nəfər isə ciddi psixoloji travma alıb. Onların hamısının süni intellektlə uzunmüddətli əlaqəsi olub.

İddiaçılar bildiriblər ki, "ChatGPT" istifadəçilərini sayıqlama vəziyyətinə salıb. Onlar təhlükəli dialoqların avtomatik dayandırılması üçün çatbotun alqoritmlərinə dəyişiklik edilməsini və kompensasiya ödənilməsini tələb ediblər.

Şirkət yaranmış vəziyyəti "qorxunc" adlandırıb və psixi pozuntulara yol açan halların qarşısının alınması üçün oktyabrda onun işinin təkmilləşdirildiyini bəyan edib.


SON XƏBƏRLƏR