• Bakı 11° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Benində uğursuz dövlət çevrilişinə görə 13 nəfər saxlanılıb- YENİLƏNİB

DÜNYA

07 Dekabr 2025 | 19:28

Benində uğursuz dövlət çevrilişinə görə 13 nəfər saxlanılıb - YENİLƏNİB

Benində hakimiyyətin qanunsuz ələ keçirilməsi cəhdi ilə bağlı 13 nəfər həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "La Nouvelle Tribune" hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

"Bir qrup hərbçinin üsyanından sonra Benində gərgin vəziyyət yaranıb. Bu gün səhər tezdən başlayan aksiyalar dövlət və onun institutlarında sabitliyi pozmağa yönəlib", - məlumatda deyilir.

Hökumətə yaxın mənbələr SRTB yayım korporasiyasının binasına basqın edən biri keçmiş hərbi qulluqçu da daxil olmaqla 13 nəfərin həbs edildiyini bildirib.

Bu arada 24 Heures au Benin xəbər verir ki, üsyançıların lideri Tiqri Paskal qaçıb və onun aktiv axtarışı aparılır.

Beninin daxili işlər naziri Allassana Seydunun sözlərinə görə, ölkənin silahlı qüvvələri öz fədakar hərəkətləri sayəsində vəziyyətə nəzarəti saxlayıb və dövlət çevrilişinin qarşısını alıblar.

***

17:45

Benində üsyan cəhdinə rəhbərlik edən polkovnik-leytenant Paskal Tiqri qaçıb və onun axtarışı davam edir. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "24 Heures au Benin" xəbər portalı məlumat yayıb.

Qeyd edilib ki, təhlükəsizlik qüvvələri və xüsusi təyinatlılar ölkədə iğtişaşçı liderini fəal şəkildə axtarır. Bundan əvvəl Milli Qvardiya bölmələri üsyançıların rəhbərliyinin yerləşdiyi ölkənin ən böyük şəhəri Kotonuda Benin Dövlət Yayım Korporasiyasının binasını mühasirəyə alıb. Onlardan bəziləri həbs olunsa da, Tiqri və ona yaxın olan bir neçə hərbçi qaça bilib. Bazar günü səhər tezdən televiziya stansiyasının binasından efirə çıxan Tiqri dövlət çevrilişi və prezident Patrice Talonun vəzifəsindən kənarlaşdırıldığını elan edib.

Tiqri həmçinin hərbi yenidənqurma komitəsinin yaradıldığını və bütün dövlət qurumlarının işinin dayandırıldığını açıqlayıb. Lakin o, çevrilişi başa çatdıra bilməyib.

Benin hakimiyyəti artıq dövlət çevrilişinin yatırıldığını və bütün ölkədə konstitusiya quruluşunun bərpa olunduğunu bəyan edib. 

***

16:10

Benində bir qrup hərbçinin hakimiyyəti ələ keçirmək cəhdinin qarşısı alınıb.

Bakıvaxtı.az bu barədə "24 Heures au Benin" portalına istinadən xəbər verir.

Bildirilir ki, Milli Qvardiyanın bölmələri qiyamı yatırıblar. Qiyamçılar həbs olunub, konstitusiya quruluşu bərpa olunub.

Həbslər Radio və Televiziya Korporasiyasının binasında həyata keçirilib. Səhər saatlarında qiyamçılar məhz buradan efirə çıxaraq dövlət çevrilişi və respublika Prezidenti Patris Talonun vəzifədən kənarlaşdırıldığını elan etmişdilər. Qrupun tərkibi səkkiz hərbi qulluqçudan ibarətdir.

Hazırda qiyamçıların, o cümlədən polkovnik-leytenant Tiqri Paskalın saxlanılıb-saxlanılmadığı barədə etibarlı məlumat yoxdur.

***

15:30

Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “24 Heures au Benin” məlumat yayıb.

***

14:19

Benində üsyankar hərbçilər prezidentin iqamətgahını ələ keçirməyə cəhd ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Jeune Afrique" yazır.

Daha əvvəl milli televiziyanın efirində hərbçilər prezidentin devrildiyini və dövlət qurumlarının buraxıldığını elan etmişdi.

AFP-nin məlumatına görə, Benin Prezidenti Patris Talon çevriliş cəhdi fonunda təhlükəsizlikdədir, ordu isə nəzarəti bərpa etməyə çalışır.

Beninin xarici işlər naziri "Reuters"ə bildirib ki, çevriliş cəhdi kiçik bir hərbçi qrup tərəfindən edilib, ordunun böyük hissəsi isə hələ də hakimiyyətə sadiq qalır. Onun sözlərinə görə, qiyamçılar yalnız dövlət televiziyasına nəzarəti ələ keçiriblər, siqnal bir neçə dəqiqəlik kəsilib.

***

13:52

Benində hərbçilər Prezident Patris Talonu devirərək hakimiyyəti ələ keçiriblər.

Bakıvaxtı.az bildirir ki, bu barədə məlumatı "La Nouvell Tribune" portalı Benin Dövlət Radio və Televiziya Yayımı Korporasiyasının efirində oxunan bəyanata istinadən verib.

Qeyd olunub ki, hərbi komitə ölkədə bütün hakimiyyəti öz üzərinə götürüb. Komitəyə polkovnik-leytenant Tiqri Paskal rəhbərlik edir.

Hərbçilər bütün dövlət hakimiyyət orqanlarının buraxıldığını elan ediblər.

Xatırladaq ki, noyabrın 26-da Qvineya-Bisauda dövlət çevrilişi baş vermişdi.


SON XƏBƏRLƏR