• Bakı 19° C

    2.1 m/s

  • USD - 1.7

    EUR - 1.9748

    RUB - 2.0643

Hakan Fidan: Qəzzada atəşkəslə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub

DÜNYA

08 Oktyabr 2025 | 20:23

Hakan Fidan: Qəzzada atəşkəslə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub

Qəzzada atəşkəslə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O, bugünkü danışıqlarda razılıq əldə olunarsa, tərəflərin atəşkəs elan edə biləcəyi ehtimalını yüksək dəyərləndirib.

"Qəzza üzrə danışıqlar yeni mərhələyə keçib. Əgər bu gün razılıq əldə olunarsa, Qəzzada atəşkəs elan olunacaq. Müsbət xəbərlər çıxsa, bu, razılığın əldə olunması istiqamətində ilk addım olacaq", - o bildirib.

Nazir qeyd edib ki, danışıqlarda atəşkəs, girov və əsir mübadiləsi, əlavə yardım, İsrail qoşunlarının anklavdan çıxarılmasının qrafiki müzakirə olunub.


SON XƏBƏRLƏR