Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Müdafiə Qüvvələrinin Donetsk vilayətinin Dobropol istiqamətində apardığı əks-hücum əməliyyatının gedişi barədə danışıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zelenski xalqa axşam müraciətində məlumat verib.
Zelenski bildirib ki, Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırski tərəfindən cəbhə xəttinin bütün istiqamətləri, ukraynalı briqadaların hazırlığı və təminat məsələləri ilə bağlı demək olar bir saatlıq məruzə dinləyib:
“Xüsusi diqqət hazırda, təbii ki, Dobropol əməliyyatınadır – əks-hücum əməliyyatına. Onun başlanğıcından bu günə qədər ruslar artıq 12 mindən çox itki veriblər, bunun 7200-dən çoxu ölüb”.
Qeyd edək ki, Donetskdəki Ukrayna ordusunun əməliyyatı avqustun 21-i başlayıb.