• Bakı 14° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Meksikada qatarla avtobus toqquşdu: 9 ölü

DÜNYA

08 Sentyabr 2025 | 23:07 | Müəllif: Subhan Mahmudov

Meksikada qatarla avtobus toqquşdu: 9 ölü

Meksikanın paytaxtı Mexikoda qatarla ikimərtəbəli avtobusun toqquşması nəticəsində azı 9 nəfər ölüb, 41 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "La Jornada" nəşri məlumat yayıb.

Məlumata görə, federal magistralda baş verib. Avtobusda 50 sərnişin olub.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan azı 10-u ağır xəsarətlər alıb.

Hadisə yerində fövqəladə yardım xidmətinin əməkdaşları işləyirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026