"Tottenhem" Mohammed Kudusun transferini rəsmən elan edib.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə London təmsilçisi bununla bağlı rəsmi açıqlama yayıb.
"Tottenhem" 24 yaşlı qanalı yarımmüdafiəçi üçün "Vest Hem" klubuna 55 milyon avro təzminat ödəyib.
Kudusla 2031-ci ilin yayına qədər müqavilə imzalanıb. O, yeni klubunda 20 nömrəli forma ilə çıxış edəcək.
Mohammed Kudus 2023-cü ildə "Ayaks"dan "Tottenhem"ə transfer olunmuşdu. O, 2024/2025 mövsümündə 35 oyunda meydana çıxaraq 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.