Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün daha iki yoxlama oyunu keçirəcək.
Bakıvaxtı.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Niderland təmsilçisi "Tvente" ilə üz-üzə gələcək.
İlk görüş Bakı vaxtı ilə saat 17:00-da, ikinci isə 19:15-də başlayacaq.
Azərbaycan çempionu Avstriyadakı ilk qarşılaşmada Ukraynanın "Metallist" (Xarkov) kollektivinə uduzub - 4:5. "Köhlən atlar" Bakıdakı yoxlama matçında isə "Zirə"ni 4 cavabsız qolla üstələyib.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.