• Bakı 17° C

    8.34 m/s

  • USD - 1.7

    EUR - 1.9087

    RUB - 2.0606

MOK-un Atletlər Komissiyasına yeni üzv seçilib

İDMAN

12 May 2025 | 14:55

MOK-un Atletlər Komissiyasına yeni üzv seçilib

Mayın 12-də Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyasının növbəti iclası keçirilib.

MOK-dan Bakıvaxtı.az-a verilən məlumata görə, iclasda həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb və komissiyaya yeni üzv seçkisi məsələsinə baxılıb. Səsvermə nəticəsində komissiyanın üzvü Təranə Abbasovanın (ağırlıqqaldırma) yerinə yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov seçilib.

Qeyd edək ki, 2025-2028-ci illər dövrü üçün Rüstəm Orucov (cüdo) komissiyanın sədri, Fəridə Əzizova (taekvondo) sədr müavini, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvləri kimi fəaliyyət göstərəcək.


SON XƏBƏRLƏR