Almaniyanın "Bayer 04" klubunun baş məşqçisi Xabi Alonsonun İspaniya təmsilçisi "Real"la müqavilə imzalayacağı tarix açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "El Chiringuito TV"də məlumat verilib.
43 yaşlı mütəxəssis iyunun 1-də sözləşməyə imza atacaq. O, iyunun 15-dən iyulun 13-dək ABŞ-də baş tutacaq klublararası dünya çempionatında komandaya rəhbərlik edəcək.
Mayın 9-da Leverkuzen təmsilçisi Alonsonun mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. O, "Real"da Karlo Ançelottini əvəzləyəcək.