UEFA İspaniyanın "Barselona" klubuna tətbiq olunan cərimənin məbləğini azaldacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Kataloniya təmsilçisi 60 milyon avro əvəzinə 15 milyon avro cərimə ödəyəcək. Bu qərar klub rəhbəri Joan Laportanın UEFA prezidenti Aleksander Çeferinlə danışıqlarından sonra verilib.
"Barselona" "maliyyə feyr-pleyi" qaydalarına əməl etməyi öhdəsinə götürüb. Yenidən qanun pozuntusu olacağı təqdirdə, cərimə tam həcmdə bərpa ediləcək.
Qeyd edək ki, "Barselona" 2024/2025 mövsümündə La Liqanı, ölkə kubokunu və Superkuboku qazanıb.