Moskva "Torpedo" klubu Rusiya Premyer Liqasından kənarlaşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya Futbol Federasiyasının Nəzarət və İntizam Komitəsi bununa bağlı qərar qəbul edib.
2025/2026 mövsümündə Premyer Liqada iştirak etməyəcək klub həmçinin 5 milyon rubl cərimələnib. “Torpedo”nun sahibi Leonid Sobolev 5 il, klubun baş direktoru Valeri Skorodumov isə 10 il müddətinə futboldan uzaqlaşdırılıb.
Qeyd edək ki, Rusiya klubunun rəhbərliyi hakimlərə rüşvət verməkdə ittiham olunurdu. Ölkə çempionatının başlamasına 8 gün qalsa da, "Torpedo"nu əvəzləyəcək klub hələlik müəyyənləşməyib.