• Bakı 32° C

    6.32 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

Kişi cüdoçularımız Qubada intensiv məşqlərə cəlb ediliblər

İDMAN

08 Avqust 2025 | 09:46

Kişi cüdoçularımız Qubada intensiv məşqlərə cəlb ediliblər

Azərbaycanın kişil cüdoçulardan ibarət millisi Quba Olimpiya İdman Kompleksində gün ərzində iki dəfə olmaqla intensiv məşqlərə cəlb ediliblər.

Bakıvaxtı.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqlərin birinci hissəsi fiziki hazırlığa, ikinci mərhələsi isə tatami üzərində texniki-taktiki çalışmalara həsr olunur.

Toplanışa performans direktoru və yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, həmçinin fiziki hazırlıq üzrə böyük məşqçi Həsrət Məhəmmədov rəhbərlik edirlər.

Təlim düşərgəsi VI İslam Həmrəyliyi Oyunları və qarşıdakı digər beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.

Milli komandamız hazırlığın növbəti hissəsini Bakıda davam etdirəcək. Ardınca cüdoçularımız 6–19 sentyabr tarixlərində Braziliyanın San-Paulu şəhərində təşkil olunacaq beynəlxalq toplanışda iştirak edəcəklər.

Qeyd edək ki, millinin son məşqini Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə Qubada keçirilən beynəlxalq yay düşərgəsinin iştirakçıları izləyiblər.


SON XƏBƏRLƏR

07 Avqust 2025