• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ronaldonun komandası çempionluq şansını itirdi

İDMAN

13 May 2025 | 00:35 | Müəllif: Subhan Mahmudov

Ronaldonun komandası çempionluq şansını itirdi

Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" Səudiyyə Ərəbistanı Pro Liqasında çempionluq şansını itirib.

Bakıvaxtı.az xəbər verir ki, 31-ci turda lider "Əl-İttihad" "Əl-Faiha"nı 3:0 hesabı ilə məğlub edib və xallarının sayını 74-ə çatdırıb.

Bununla da, mövsümün sonuna 4 tur qalmış 60 xalı olan "Əl-Nəsr"in liderə çatması mümkünsüz olub.

Qeyd edək ki, Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında iki il yarım ərzində (2023-cü ilin yanvarından) heç bir kubok qazana bilməyib. Komanda bu mövsüm ölkə kuboku və Asiya Çempionlar Liqasında da mübarizəni dayandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR