• Bakı 22° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

İDMAN

12 May 2025 | 15:05

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.

Bakıvaxtı.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisindən verilən məlumata görə, qərar 35 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında bu gün baş tutan iclasdan sonra qəbul edilib.

Onun müqaviləsinə qarşılıqlı şəkidlə xitam verilib.

Qeyd edək ki, Vaqif Cavadovla ötən il 2,5 illik müqavilə imzalanmışdı.

"Sumqayıt" son olaraq Misli Premyer Liqasının XXXIV turunda "Kəpəz" 0:1 hesabı ilə məğlub olub. Komanda hazırda turnir cədvəlində 30 xalla doqquzuncu sırada yer alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026