Türkiyə Super Liqasında XXXI turun görüşləri davam edir.
Bakıvaxtı.az xəbər verir ki, günün ilk matçında "Konyaspor" öz meydanında "Göztəpə" ilə qarşılaşıb.
Ev sahibləri görüşdən minimalhesablı qələbə ilə ayrılıblar - 1:0.
Turun digər matçında isə "Beşiktaş" doğma azarkeşlər önündə "Başakşəhər"lə üz-üzə gəlib. "Qara qartallar" rəqibinə 0:2 hesabı ilə məğlub olub.