Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında medal qazanıb.
Bakıvaxtı.az-ın məlumatına görə, idmançı bürünc mükafata sahib çıxıb.
Beka Kandelaki (130 kq) isə üçüncü yer uğrunda uduzub.
Qeyd edək ki, daha əvvvəl Eldəniz Əzizli (57 kq) gümüş medal əldə edib.
Xatırladaq ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.
Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.
Qitə birinciliyi aprelin 13-də başa çatacaq.