• Bakı 10° C

    8.98 m/s

  • USD - 1.7

    EUR - 1.9245

    RUB - 2.0345

Ançelotti qalsa, Arda "Real"dan gedəcək

İDMAN

12 Aprel 2025 | 20:26

Ançelotti qalsa, Arda Realdan gedəcək

"Real Madrid"in 20 yaşlı hücumçusu Arda Gülər "Los Blancos"un prezidenti Florentino Peresə şikayət edib.

Bakıvaxtı.az-ın məlumatına görə, o deyib ki, Karlo Ançelotti gələn mövsüm də komandanın baş məşqçisi olsa, klubu tərk edəcək.

Məlumata görə, kral klubu Peresi çətin vəziyyətdə qoyan türk futbolçunun getməsi variantını nəzərdən keçirmir.

Daha əvvəl mətbuat Gülərin Ançelottinin ona verdiyi oyun müddətindən narazı qaldığını yazıb. Bu mövsüm o, bütün yarışlarda 33 oyunda meydana çıxıb, ümumilikdə 1170 dəqiqə meydanda olub.

Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. /lent.az


SON XƏBƏRLƏR

12 Aprel 2025