• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağ" "Araz-Naxçıvan"ı məğlub etdi

İDMAN

11 May 2025 | 22:36 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" "Araz-Naxçıvan"ı məğlub etdi

Misli Premyer Liqasında XXXIV tura yekun vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, sonuncu matçda "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:0. 35-ci dəqiqədə Musa Qurbanlı, 59-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.

Çempionluğunu təmin etmiş "köhlən atlar" xallarının sayını 83-ə çatdırıb. Naxçıvan klubu 55 xalla üçüncü sıradadır.

Günün ilk matçında "Kəpəz" "Sumqayıt"a qalib gəlib - 1:0.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" "Şamaxı"nı 3:1, "Zirə" "Səbail"i 1:0, "Neftçi" isə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026