• Bakı 23° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9406

    RUB - 2.1689

“Qarabağ”ın qapıçısı Polşa millisinin heyətindən çıxarıldı

İDMAN

10 Iyun 2025 | 16:52

“Qarabağ”ın qapıçısı Polşa millisinin heyətindən çıxarıldı

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa milli komandasının heyətindən kənarlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, baş məşqçi Mixail Probej 24 yaşlı qolkiperi DÇ-2026-nın Finlandiya ilə matçının heyətinə daxil etməyib. Bu barədə Polşa mətbuatı məlumat yayıb.

Azərbaycan çempionunun qolkiperi 23 nəfərlik heyətdən kənarda qalıb.

Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ilin yayından “Qarabağ”da çıxış edir.


SON XƏBƏRLƏR