• Bakı 13° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

BMT qlobal taxıl ehtiyatlarının azalacağını açıqladı

İQTİSADİYYAT

15 Mart 2025 | 15:00

BMT qlobal taxıl ehtiyatlarının azalacağını açıqladı

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına əsasən 2025-ci ilin sonuna qədər qlobal taxıl ehtiyatlarının 1,9 faiz azalaraq 869,3 milyon tona düşəcək.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya Federasiyası və Ukraynada ehtiyatların azalması digər ölkələrə də təsir göstərəcək.

Hesabata əsasən, qlobal taxıl ehtiyatının istehlak nisbəti 29,9 faizə düşə bilər ki, bu da hələ də əlverişli təklif səviyyəsinin davam etdiyini göstərir.

Bundan əlavə, FAO qlobal taxıl ticarəti üzrə proqnozunu ixrac dinamikasının dəyişməsi ilə əlaqədar olaraq əvvəlki mövsümlə müqayisədə 5,6 faiz azalaraq 484,2 milyon tona endirib.

Qeyd edək ki, FAO 2024-cü ildə qlobal taxıl istehsalı təxminlərini 2,842 milyon tona çatdırmışdı. Bu da 2023-cü il səviyyəsindən bir qədər yuxarı idi.


SON XƏBƏRLƏR