• Bakı C

    11.73 m/s

  • USD - 1.7

    EUR - 1.9245

    RUB - 2.0345

Bitkoin 2 %-ə yaxın bahalaşıb

İQTİSADİYYAT

12 Aprel 2025 | 17:32

Bitkoin 2 %-ə yaxın bahalaşıb

 Dünyanın aparıcı kriptovalyutası - bitkoin 83,72 min ABŞ dollarına kimi bahalaşıb.

Bakıvaxtı.az xəbər verir ki, kriptovalyutanın qiyməti son 24 saatda 1,98 %, son 7 gündə isə 0,66 % artıb. Nəticədə bitkoinin kapitallaşması 1,661 trilyon ABŞ dollarına kimi yüksəlib.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 2,64 % artaraq, son bir həftədə isə 10,85 % azalaraq 1,599 ABŞ dolları təşkil edib.

İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər qazanan “TRON” (TRX) olub. Kriptovalyuta son bir sutkada 5,47 %, son bir həftədə isə 5,75 % bahalaşıb.

Hazırda kriptovalyuta bazarının toplam dəyəri 2,66 trilyon ABŞ dollarıdır.


SON XƏBƏRLƏR

12 Aprel 2025