2025-ci ilin yanvar-mart aylarında Çinin xarici ticarət dövriyyəsi 0,2% artaraq 1,43 trilyon dollar təşkil edib.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Çin Baş Gömrük İdarəsi məlumat yayıb.
Məlumata görə, üç ay ərzində Çindən ixrac 853,66 milyard dollar (artım 5,8%), idxal isə 580,7 milyard dollar (azalma 7%) təşkil edib.
Birinci rübdə Çinin ticarət profisiti 2024-cü ilin eyni dövrü ilə müqayisədə 48,6% artaraq 272,96 milyard dollara çatıb. Mart ayında isə Çinin ticarət həcmi fevralla müqayisədə 31,7% artaraq 525,18 milyard dollara çatıb.
Gülşən Şərif