• Bakı 18° C

    8.3 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

İçki və siqaretə 900 mln. manatdan çox xərclənib

İQTİSADİYYAT

13 May 2025 | 17:13

İçki və siqaretə 900 mln. manatdan çox xərclənib

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 902.9 mln. manat xərclənib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,3% artıb.

Qeyd edək ki, cari ilin təkcə aprel ayında sözügedən göstərici 231.8 mln. manat təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 13,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi avtomobil benzini və dizel yanacağının, 4,3 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,2 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.


SON XƏBƏRLƏR