• Bakı 24° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub

İQTİSADİYYAT

12 Iyun 2025 | 11:30

Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub

Azərbaycan Mərkəzi Bankı (AMB) qanunla müəyyən edilmiş qaydada lisenziya alınmadan ödəniş xidmətlərinin göstərilməsi faktı aşkar edib.

Bakıvaxtı.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna uyğun olaraq həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Katech” QSC-nin lisenziya almadan ödəniş xidmətləri göstərdiyi üzə çıxıb.

Müvafiq pozuntu halı ilə əlaqədar şirkət barədə “Mərkəzi Bank haqqında” qanununun 51.3-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 62.10-cu maddələrində nəzərdə tutulan tədbirlər görülüb, o cümlədən quruma ödəniş xidmətlərinin göstərilməsinin dərhal dayandırılması barədə bildiriş göndərilib.


SON XƏBƏRLƏR