• Bakı 27° C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Kim düşünürsə ki, parlament notariusdur, yanılır - Deputat

SİYASƏT

13 Iyun 2025 | 12:06

Kim düşünürsə ki, parlament notariusdur, yanılır - Deputat

"Təklif edirəm ki, parlamentdə "hökumət saatı" müəyyənləşdirək və ayda bir dəfə bir hökumət üzvü suallarımızı cavablandırsın. Komitə iclaslarında, plenar iclaslarda əhatəli danışmaq və canlı, interaktiv sual-cavab etmək mümkün olmur. Suallar və narahatlıqlar da yığılıb qalır". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, ayrı-ayrı hökumət üzvlərinə, nazirlik, agentlik, səhmdar cəmiyyətlər və sair rəhbər şəxslərə ciddi sualları var. 

Onun sözlərinə görə, bu məsələlərdə parlamentin rolu nəinki artırılmalı, həm də mütləq olmasına zərurət yaranıb:

"Deputatın işi yalnız hazır gələn qanunları müzakirə etmək olmamalıdır. Qanunvericiliyin yaradılmasında yaxından iştirak etməlyik. Qanunlar gəlir və göndərən subyekt dəyişikliklərə qarşı olur. Bu yolverilməzdir. Komitə iclaslarında, digər toplantılarda 15-20 deputat danışır, sual verir, bəzi suallara bir neçə cümlə ilə arqumentsiz cavablar verilir, çox suallar cavabsız qalır, aidiyyatı vəzifəli şəxs də qovluğunu götürüb gedir. Elə bil notariusa təsdiqə gəlib. Kim düşünürsə ki, parlament notariusdur, ciddi yanlışlığa yol verir. Onun üçün də bu cür yanaşmalarına düzəliş etsələr yaxşı olar".

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın çıxışına cavab olaraq bildirib ki, son illərdə bu qədər dinləmə keçirilməyib və bu dinləmələrdə hökumət üzvləri iştirak edir:

"Deyirsiniz ki, komitə iclaslarında 15-20 nəfər danışır. Onsuz da Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsindən başqa hamısında üzvlərin sayı 20 nəfərdən azdır.  Hökümət üzvləri isə iclaslarda iştirak etməlidir və edirlər. Hər məsələyə ciddi yanaşırsınız, yaxşı edirsiniz, amma mən sizdən təkliflər gözləyirəm".

Mina Mikayılova


SON XƏBƏRLƏR

13 Iyun 2025