• Bakı 24° C

    0.74 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

“Hərbi əməliyyat lazımi müddətə qədər davam edəcək” - Netahyahu BƏYAN ETDİ

DÜNYA

13 Iyun 2025 | 07:47

“Hərbi əməliyyat lazımi müddətə qədər davam edəcək” - Netahyahu BƏYAN ETDİ

“İsrailin İranın nüvə proqramının "ürəyində" bir gecədə başlatdığı hərbi əməliyyat lazımi müddətə qədər  davam edəcək”.

Bakıvaxtı.az Fransanın "LeFigaro.fr" saytına istinadən xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu cümə günü videomüraciətində deyib.

O qeyd edib ki, bir neçə dəqiqə əvvəl İsrail sağ qalması üçün irandan gələn təhlükəsini dəf etmək məqsədi daşıyan hədəfli hərbi əməliyyata başlayıb:

“Bu əməliyyat bu təhlükəni aradan qaldırmaq üçün lazım olan qədər gün davam edəcək. Biz İranın uranın zənginləşdirilməsi proqramının “ürəyi”nə zərbə vurduq. Biz İranın hərbi nüvə proqramının “ürəyi”nə zərbə vurduq. İranın Natanzdakı əsas zənginləşdirmə obyektini hədəfə aldıq".

Bununla yanaşı, B.Netanyahu, ölkəsinin İranın bombası üzərində işləyən iranlı "alimləri" də vurduğunu bəyan edib:

“İranın ballistik raket proqramını da vurduq”.

A.Baxış


SON XƏBƏRLƏR

13 Iyun 2025