İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
İsrailin nəyi hədəfə aldığı hələlik bəlli olmasa da, Tehranda partlayışlar olduğu bildirilir.
“Fars” agentliyi İran paytaxtında ən azı altı partlayış səsi eşidildiyini yazıb.