• Bakı 24° C

    0.74 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırıb - YENİLƏNİB

SİYASƏT

13 Iyun 2025 | 11:58

XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırıb - YENİLƏNİB

İsrail və İran arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan vətəndaşlarının zəruri olmadığı təqdirdə İsrailə səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda İsraildə olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur:

"Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İsrail Dövlətindindəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi
[email protected]
+972 54 539 77 88".

***

11:11

Azərbaycanın İsraildəki Səfirliyi vətəndaşlara müraciət edərək onları təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi "X" hesabında yazılıb.

"Mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq İsraildə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etmələri, ayıq-sayıq olmaları və həyəcan siqnalı zamanı ən yaxın sığınacağın yerini əvvəlcədən müəyyən etmələri tövsiyə olunur",-məlumatda qeyd olunub.

Müraciətdə Azərbaycan vətəndaşlarından İsrailin yerli səlahiyyətli qurumları tərəfindən verilən təhlükəsizlik təlimatlarına tam uyğun şəkildə davranmaları və mümkün qədər sığınacaqlara yaxın ərazilərdə olmaları xahiş olunub:

"Təhlükə ilə bağlı operativ məlumatların vaxtında alınması üçün mobil telefonlara "Home Front Command", "Red Alert", "Tzofar" kimi tətbiqlərin yüklənməsi vacibdir. Hazırda İsrailin hava məkanı bağlı olduğundan hava nəqliyyatı ilə ölkədən çıxış mümkün deyil. Bununla yanaşı, ölkənin quru sərhəd-keçid məntəqələri fəaliyyətini davam etdirir. Zəruri hallarda Azərbaycanın İsraildəki Səfirliyi ilə aşağıdakı əlaqə vasitələri vasitəsilə əlaqə saxlamağınız xahiş olunur: E-mail: [email protected] Telefon: +972 54 539 7788".


SON XƏBƏRLƏR

13 Iyun 2025