• Bakı 24° C

    0.74 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

“AZAL” bu istiqamətlərə uçuşları LƏĞV ETDİ - YENİLƏNİB

GÜNDƏM

13 Iyun 2025 | 14:59

“AZAL” bu istiqamətlərə uçuşları LƏĞV ETDİ - YENİLƏNİB

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 13 iyun 2025-ci il tarixinə planlaşdırılan aşağıdakı reysləri ləğv edilib:

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

    Ləğv edilən reyslər:

    • Bakı-Lahor-Bakı
    J2 145/146
    • Bakı-Mumbai-Bakı
    J2 059/060
    • Bakı-Dammam-Bakı
    J2 8205/8206

    AZAL uçuşların təhlükəsizliyini əsas götürərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri hər hansı yenilik barədə operativ şəkildə məlumatlandıracaq.

    Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

    ***

    08:20

    Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reysləri ləğv edilib.

    Bu barədə Bakıvaxtı.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

    Məlumata əsasən

    Bakı – Təl-Əviv – Bakı

    J2 021/022 (13 iyun)

    J2 321/322 (13 iyun)

    J2 021/022 (14 iyun)

    Bakı – Dubay – Bakı

    J2 011/012 (13 iyun)

    Bakı – Tehran – Bakı

    J2 8017/8018 (13 iyun) reysləri ləğv edilib

    Qeyd olunub ki, uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.


    SON XƏBƏRLƏR

    13 Iyun 2025