• Bakı 23° C

    16.37 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Şuşada ilk dəfə Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilib

GÜNDƏM

05 Iyul 2025 | 17:45

Şuşada ilk dəfə Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilib

Bu gün Şuşa şəhərində ilk dəfə Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, aksiya Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Yuxarı Gövhər ağa məscidində baş tutub.

Qanvermə aksiyasında ümumilikdə 50 nəfər iştirak edib.

Qeyd edək ki, ölkə üzrə ümumilikdə 22 məscid və ziyarətgahda, 15 tibb müəsisəsində qanvermə aksiyası təşkil olunub. Aksiya müddətində 2 696 nəfər könüllü qan verib. Bu şəxslərdən ümumilikdə 1213,2 litr qan tədarük olunub.
 


SON XƏBƏRLƏR