• Bakı 25° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında imzalanmış iki Anlaşma Memorandumu təsdiqlənib

GÜNDƏM

15 Iyul 2025 | 13:23

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında imzalanmış iki Anlaşma Memorandumu təsdiqlənib

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Qeyd edək ki, sözügedən Anlaşma Memorandumu 2025-ci il aprelin 28-də Ər-Riyad şəhərində imzalanıb.

Dövlət başçısının imzaladığı digər Qanunla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu" təsdiq edilib.

Bu sənəd də 2025-ci il aprelin 28-də Ər-Riyad şəhərində imzalanıb.


SON XƏBƏRLƏR