• Bakı 26° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Özbəkistan Prezidentini təhqir edən şəxs ölkəsinə təhvil verildi

GÜNDƏM

24 Iyul 2025 | 18:33

Özbəkistan Prezidentini təhqir edən şəxs ölkəsinə təhvil verildi

1982-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Yusupov Amonbek Abdulxakoviçin (Yusupov Amonbek Abdulkhakovich) cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

 Baş prokurorluqdan Bakıvaxtı.az-a verilən məlumata görə, Özbəkistanda Prezidentin şərəf və ləyaqətini alçaltma cinayətinin törədilməsində təqsirləndirilərək, dövlətlərarası axtarışa verilmiş A.A.Yusupov cari ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanına təhvil verilib.


SON XƏBƏRLƏR

25 Iyul 2025