• Bakı 31° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Tramp 9,1 milyard dollarlıq ixtisar paketini təsdiqlədi

DÜNYA

25 Iyul 2025 | 14:55

Tramp 9,1 milyard dollarlıq ixtisar paketini təsdiqlədi

ABŞ Prezidenti Donald Tramp xarici yardım və dövlət proqramlarında ümumilikdə 9,1 milyard dollarlıq ixtisarları nəzərdə tutan qanun layihəsini imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, “The Hill”in məlumatına görə, sənəd Konqres tərəfindən qəbul edildikdən sonra Trampın masasına göndərilib.

Paketdə 8 milyard dollar xarici yardımın və 1,1 milyard dollar daxili dəstəyin azaldılması nəzərdə tutulur.

Beləliklə, sənəd Trampın imzası ilə qanun gücü qazanıb. Demokratlar bu addımın ABŞ-nin beynəlxalq nüfuzunu zəiflədəcəyini və Çinin bu boşluğu doldura biləcəyini bildiriblər.

Əli Hüseynov


SON XƏBƏRLƏR

25 Iyul 2025