• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Moskvada “Uşaq aləmi” mağazasında partlayış: 1 ölü, 3 yaralı

DÜNYA

24 Avqust 2025 | 14:31 | Müəllif: Gülşən Şərif

Moskvada “Uşaq aləmi” mağazasında partlayış: 1 ölü, 3 yaralı

Moskvada mərkəzində Lubyanka meydanında yerləşən Mərkəzi Uşaq Mağazasında (“Uşaq aləmi”) partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, azı üç nəfər yaralanıb.

Fövqəladə xidmətlərin məlumatına əsasən, partlayışa binanın bir mərtəbəsində şarların doldurulması üçün istifadə edilən qaz balonunda sızma səbəb olub. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Partlayışdan sonra ticarət mərkəzindən ziyarətçilər və işçilər təxliyə olunub.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026