• Bakı 12° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

İsrailin Qəzza hücumlarında 7 fələstinli həlak olub

DÜNYA

23 Sentyabr 2025 | 12:33

İsrailin Qəzza hücumlarında 7 fələstinli həlak olub

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hava hücumları nəticəsində azı 7 fələstinli həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, hücumlar mülki insanların sığındığı çadırlar, yaşayış binaları və nəqliyyat vasitələrini hədəf alıb.

Məlumata görə, Qəzza şəhərindəki Həccac yaşayış binasına və Şatii Qaçqınlar Düşərgəsinə edilən zərbələr nəticəsində çoxlu sayda yaralanan var və onlarla insan dağıntılar altında qalıb.

İsrail həmçinin Qüds Açıq Universiteti ətrafı və digər bölgələrə də intensiv hücumlar təşkil edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

08 Noyabr 2025