Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində müəssisələrdən birində partlayış baş verib, ölənlər var.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksey Teksler Teleqram kanalında məlumat verib.
"Kopeysk şəhərində müəssisədə partlayış baş verib. Təəssüf ki, ölənlər var. Hadisə yerinə bütün təcili yardım xidmətləri gəlib, qərargah yaradılıb", - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Stavropoldə hərbi obyektin yaxınlığında partlayış baş vermişdi.