• Bakı 16° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

ABŞ-də atışma olub, xəsarət alanlar var

DÜNYA

22 Noyabr 2025 | 09:14

ABŞ-də atışma olub, xəsarət alanlar var

ABŞ-nin Şimali Karolina ştatının Konkord şəhərində keçirilən Milad ağacının işıqlandırılması mərasimi silahlı insidentlə dayandırılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları feysbukda bildiriblər.

Hadisə cümə günü yerli vaxtla təxminən saat 19:30-da (Bakı vaxtı ilə səhər 4:30) baş verib. Tədbirin qalan hissəsi ləğv edilib və izləyicilərdən dərhal şəhərin mərkəzini tərk etmələri xahiş olunub.

Hadisə nəticəsində dörd nəfər güllə xəsarəti alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Yaralılardan üçünün vəziyyəti ağırdır.

Digər təfərrüatlar açıqlanmır.


SON XƏBƏRLƏR

21 Noyabr 2025