• Bakı C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Sidneydə silahlı hücum qurbanları anıldı

DÜNYA

22 Dekabr 2025 | 09:02

Sidneydə silahlı hücum qurbanları anıldı

Avstraliyada Sidneydə baş verən və 15 nəfərin ölümü ilə nəticələnən silahlı hücumun qurbanlarını anmaq üçün mərasim keçirilib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, tədbirdə ölkənin baş naziri Entoni Albanizi hücumun cəmiyyətdə dərin iz buraxdığını bildirərək qurbanların xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Mərasimdə hücum zamanı şübhəlilərdən birini tərksilah edərək faciənin daha da böyüməsinin qarşısını alan suriyalı Əhməd əl-Əhmədin cəsarəti xüsusi vurğulanıb.

Rəsmi şəxslər nifrət zəminində baş verən zorakılıqlara qarşı birliyin və qətiyyətli mübarizənin vacibliyini qeyd ediblər.

Əli Hüseynov


SON XƏBƏRLƏR

21 Dekabr 2025