ABŞ administrasiyası Ukrayna nümayəndə heyətinin Vaşinqton və Avropa təmsilçiləri ilə Floridada apardığı danışıqları məhsuldar və konstruktiv qiymətləndirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff X sosial şəbəkəsində məlumat verib.
O bildirib ki, son üç gün ərzində Ukrayna nümayəndə heyəti amerikalı və avropalı tərəfdaşlarla bir sıra məhsuldar və konstruktiv danışıqlar aparıb. Nümayəndənin sözlərinə görə, məsləhətləşmələr zamanı tərəflər növbəti addımların ardıcıllığına xüsusi diqqət yetiriblər.
Qeyd edək ki, Mayamidə Ukrayna və ABŞ arasında yeni danışıqlar raundu keçiriləcək.
Bakı 




