Naxçıvanda dəm qazı zəhərlənməsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Babək rayonunun Hacıvar kəndində qeydə alınıb. Belə ki, dəm qazı sızması nəticəsində 1996-cı il təvəllüdlü Altay Cəfərov və onun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Səmənnaz Cəfərova dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.
Bakı 




