• Bakı C

    8.83 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

"Qarabağ" "Qəbələ"ni məğlub etdi

İDMAN

21 Dekabr 2025 | 17:54

Qarabağ Qəbələni məğlub etdi

Misli Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, günün ilk matçında "Qarabağ" "Qəbələ"nin qonağı olub.

Qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə bitib - 2:1.

Meydan sahiblərinin heyətində 6-cı dəqiqədə Prins Ovusu fərqlənib.

Ağdam klubunda 27-ci dəqiqədə Bədavo Hüseynov, 79-cu dəqiqədə Marko Yankoviç adını tabloya yazdırıb.

Xallarının sayını 36-ya çatdıran "Qarabağ" hazırda liderdir. "Qəbələ" 8 xalla 11-cidir.

Günün ikinci matçında "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gələcək.

Qeyd edək ki, XVI tura dekabrın 22-də "Sumqayıt" - "Sabah" oyunu ilə yekun vurulacaq. Daha əvvəl "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" "Karvan-Yevlax"ı (2:1) məğlub edib. "Zirə" - "İmişli" qarşılaşmasında qolsuz heç-heçə qeydə alınıb.


SON XƏBƏRLƏR

20 Dekabr 2025