• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Kolumbiyada zənginlərdən əlavə vergilər alınacaq

DÜNYA

21 Dekabr 2025 | 12:29 | Müəllif: Əli Hüseynov

Kolumbiyada zənginlərdən əlavə vergilər alınacaq

Kolumbiya hökuməti artan büdcə kəsirinin maliyyələşdirilməsi üçün fövqəladə vergi tədbirlərinin tətbiqi haqqında fərman imzalayıb.

Bakıvaxtı.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, sənəddə varlı vətəndaşlar üçün əlavə vergilərin nəzərdə tutulduğu bildirilir.

Maliyyə naziri Xerman Avilanın sözlərinə görə, hökumət bu tədbirlər vasitəsilə 16 trilyon peso (təxminən 4.2 milyard dollar) toplamağı planlaşdırır.

Xatırladaq ki, dekabrın 17-də "Fitch" reytinq agentliyi Kolumbiyanın kredit reytinqini aşağı salıb. Agentlik buna səbəb kimi xroniki olaraq yüksək büdcə kəsirini göstərib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026