• Bakı 7° C

    3.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ABŞ daha bir neft tankerini saxladı

DÜNYA

21 Dekabr 2025 | 20:27 | Müəllif: Subhan Mahmudov

ABŞ daha bir neft tankerini saxladı

ABŞ ordu qüvvələri Venesuela sahillərində neft tankerini saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat yayıb.

ABŞ sanksiyalar siyahısında olan "Bella 1" adlı tankeri dayandırıb. Panama bayrağı altında üzən gəmi Venesuelaya neft yükləmək məqsədilə hərəkət edirmiş.

Hadisə Vaşinqtonun daha əvvəl elan etdiyi dəniz blokadası çərçivəsində baş verib.

Məlumata əsasən, tanker ABŞ qüvvələri tərəfindən Venesuela sahillərinə yaxın ərazidə ələ keçirilib. Rəsmi qurumlar hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026