• Bakı C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

“Araz-Naxçıvan” “Şamaxı”ya qalib gəldi

İDMAN

21 Dekabr 2025 | 19:54

“Araz-Naxçıvan” “Şamaxı”ya qalib gəldi

Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, üçüncü oyun gününün sonuncu görüşü “Araz-Naxçıvan”la “Şamaxı” arasında baş tutub. Qarşılaşmanın baş hakimi Fərid Hacıyev olub.

Naxçıvan təmsilçisi bu görüşdən inamlı qələbə ilə ayrılıb.

Daha öncə keçirilmiş oyunlarda “Kəpəz” “Turan Tovuz”a (0:2), “Karvan-Yevlax” “Neftçi”yə (1:2), “Qəbələ” “Qarabağ”a (1:2) uduzub, “Zirə” – “İmişli” matçında qalib müəyyənləşməyib – 0:0. “Sumqayıt” – “Sabah” matçı sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
16-cı tur
21 dekabr

“Araz-Naxçıvan” – “Şamaxı” 2:0
Qollar: Patrik Andrade, 54. Çarlz Boli, 87.
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov.
“Liv Bona Dea Arena”, 17:30.


SON XƏBƏRLƏR

20 Dekabr 2025