• Bakı 10° C

    7.73 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Rusiyanın Avropanı işğal etmək gücü yoxdur - Qabbard

DÜNYA

21 Dekabr 2025 | 16:38

Rusiyanın Avropanı işğal etmək gücü yoxdur - Qabbard

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard “Röyters” agentliyinin Rusiya Prezidenti Vladimir Putinin bütün Ukraynanı ələ keçirmək və keçmiş Sovet İttifaqına məxsus olan Avropanın bir hissəsini geri qaytarmaq niyyətində olduğu ilə bağlı məlumatını yalan adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qabbard özünün X səhifəsində yazıb.

“Siz Prezident Trampın sülh səylərini əngəlləmək üçün bu yalan hekayəni təbliğ edir və insanlar arasında isterika və qorxu yaradırsınız. NATO və AB-nin əslində istədiyi budur ki, ABŞ ordusunu birbaşa Rusiya ilə müharibəyə cəlb etsin.

Son bir neçə ildə Rusiyanın döyüş meydanındakı performansı, onun hazırda bütün Ukraynanı, xüsusən də Avropanı işğal etmək qabiliyyətinə malik olmadığını göstərir”, - o qeyd edib./Axar.az


SON XƏBƏRLƏR

20 Dekabr 2025