• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Azərbaycana QIŞ GƏLDİ

CƏMİYYƏT

21 Dekabr 2025 | 19:03 | Müəllif: Əli Hüseynov

Azərbaycana QIŞ GƏLDİ

Azərbaycana qış fəsli daxil olub.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Bakıvaxtı.az-a bildirilib ki, qış fəsli ölkəmizə bu gün saat 19:03:01-də daxil olub.

Bildirilib ki, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur.

Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026