Moskvada yaşayan bir şəxs 19 yaşlı pişiyinin müalicəsi üçün 300 min rubl xərcləyib və nəticədə borclar səbəbilə iflas üçün məhkəməyə müraciət edib.
Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, sahibləndiyi pişiyin sidik daşı xəstəliyinə görə bir neçə dəfə əməliyyat olunması və bahalı müalicə alması kişini maddi çətinliklə üz-üzə qoyub.
O, xərcləri qarşılamaq üçün banklardan kredit götürüb.
Təəssüf ki, pişiyi xilas etmək mümkün olmayıb. Lakin sahibkarın kredit borcu və ona əlavə edilən cərimələr nəticəsində ümumi məbləğ 1,2 milyon rubla çatıb. Bu səbəbdən o, rəsmi şəkildə iflas proseduruna başlayıb.
Bakı 




